Modern.az

Səudiyyə Ərəbistanı səyahət məhdudiyyətlərini uzatdı

Səudiyyə Ərəbistanı səyahət məhdudiyyətlərini uzatdı

Aktual

30 Yanvar 2021, 23:11

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi mayın 17-dək səyahət məhdudiyyətlərini uzadır və sərhədləri açmayacaq. Bu barədə krallığın rəsmi SPA informasiya agentliyi xəbər yayıb.

 

Modern.az xəbər verir ki, bu qərarın qəbul edilməsinin əsas səbəbi dünyada COVID-19 pandemiyasının ikinci dalğasının geniş yayılması və Səudiyyə Ərəbistanına gətiriləcək “Pfizer” peyvəndlərinin yubanacağı ehtimalıdır. Nazirlik bəyan edib ki, sərhədlərin açılacağı vaxt daha çox insanın peyvənd olunmasını təmin etmək lazımdır.

 

Yeni ilin ilk günlərində Səudiyyə Ərəbistanı sərhədlərin martın 31-də açılacağını elan etmişdi. Lakin yuxarıda göstərilən səbəblərdən bu qərar ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza