Son sutka ərzində Türkiyədə koronavirusa 6 871 nəfər yoluxub, 129 nəfər isə vəfat edib.
Modern.az xəbər verir ki, bu gün COVID-19-dan sağalan xəstələr 7 100, ağır xəstələr isə 1 692 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 470 901 nəfər koronaviruslu xəstə qeydə alınıb, onlardan 2 355 409 nəfər sağalıb, 25 865 nəfər isə həyatını itirib.