Modern.az

Suriyada həbsdə olan İŞİD üzvləri qiyam qaldırdı

Suriyada həbsdə olan İŞİD üzvləri qiyam qaldırdı

31 Yanvar 2021, 08:50

İŞİD terror qruplaşmasının həbsdə olan üzvləri Suriyanın Haseke vilayətinin cənubunda Kürd silahlı birləşmələrinin nəzarətində olan “Əl-Bulqari” həbsxanasında qiyam  qaldırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, qaçmağı planlaşdıran məhbuslar mühafizəçilərin diqqətini yayındırmaq üçün həbsxana girişini yandırıblar.

 

Yaxınlıqdakı Əş-Şəddadi şəhərindən gələn Kürd Demokratik Suriya Qüvvələrinin xüsusi təyinatlıları cəzaçəkmə müəssisəsinin ərazisini mühasirəyə alaraq, təxminən 70 nəfər məhbusun qaçışının qarşısını alıb. 

 

Telekanalın məlumatına görə, sözügedən həbsxanada 5000-dən çox terrorçu saxlanılır. Onların əksəriyyəti keçmiş muzdlulardı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza