Modern.az

ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı

ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı

31 Yanvar 2021, 09:10

Birləşmiş Krallıq və digər ölkələrin səlahiyyətliləri ilk mərhələdə əhalinin koronavirusa qarşı sürətli kütləvi peyvənd edilməsi planlarından imtina etməlidirlər.

 

Modern.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris bunu BBC-yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, həmin ölkələr yalnız vətəndaşlarının ən həssas təbəqələrini vaksinlə təmin etməlidirlər ki, dünyada daha çox insan dərman əldə edə bilsin: “Britaniyalılara üz tuturuq: siz gözləyə bilərsiniz. Hesab edirik ki, səhiyyə işçilərini və koronavirusla yoluxma riski artan insanları peyvənd edən ölkələr başqalarının dərman əldə etməsini təmin etməlidirlər”.

 

Harris bu cür yanaşmanın yalnız mənəvi baxımdan deyil, iqtisadi baxımdan da doğru olacağını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza