Modern.az

Ekvador prezidentinin olduğu təyyarə təcili eniş etdi

Ekvador prezidentinin olduğu təyyarə təcili eniş etdi

31 Yanvar 2021, 10:05

Ekvador prezidenti Lenin Morenonun olduğu təyyarə Vaşinqtondan qayıdarkən səmaya qalxdıqdan az sonra təcili eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ekvador prezidentinin İctimaiyyətlə əlaqələr üzrə katibliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, təcili enişə texniki nasazlıq səbəb olub.

 

“Prezident Lenin Moreno və bütün sərnişinlər qaydasındadır və yaxın bir neçə saatda Ekvadora qayıdacaqlar”, - məlumatda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza