Modern.az

Braziliyada azarkeşlər arasında dava ölümlə nəticələndi

Braziliyada azarkeşlər arasında dava ölümlə nəticələndi

31 Yanvar 2021, 13:45

Braziliya futbolunda faciə baş verib.

 

Modern.az-ın məlumatına görə, “Palmeyras”la “Korintians” azarkeşləri arasında dava düşüb.

 

Braziliya polisinin yaydığı məlumatda bildirilib ki, hadisə nəticəsində “Korintians”ın bir azarkeşi güllələnərək öldürülüb, biri isə yaralanıb. Həbs olunan 21 “Palmeyras” və 1 “Korintians” azarkeşinin üzərindən soyuq silah çıxıb.

 

Təhlükəsizlik qüvvələri döyüşün əvvəlcədən planlaşdırıldığını düşünür. “Palmeiras” azarkeşləri olan avtobus prospekt boyunca hərəkət edərkən mühasirəyə alınıb və kütləvi dava baş verib.

 

Qeyd edək ki, dünən gecə “Palmeyras”la “Santos” Rio-de-Janeyrodakı “Marakana” stadionunda Libertadores Kubokunun finalında üz-üzə gəlib və birincilər 1:0 hesablı qələbə qazanıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza