Modern.az

Dünyanın ən gənc birinci xanımı - FOTOLAR

Dünyanın ən gənc birinci xanımı - FOTOLAR

15 Avqust 2012, 15:47

Şimali Koreya lideri kimi arvadı haqqında da xəsis bilgilər var


Modern.az
 saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçıarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.

Rubrukanın budəfəki təqdimatı xaric üçün qapalı bir ölkənin – Şimali Koreyanın birinci xanımı haqqındadır. Bir müddət öncə yeni “taxta çıxan” Şimali Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inın xanım Li Sol Yu ilə evlənməsi barədə xəbərlər yayılmışdı. İnformasiyalar baxımından qapalı olan ölkədə liderin evləndiyi qadın barədə də məlumatlar verilmirdi və yeni liderin kimlə evlənməsi sirr olaraq qalırdı. Li Sol Yunun hansı işdə çalışdığı, yaxud çalışmadığı barədə hələ rəsmi məlumat yox idi, çünki Şimali Koreya liderinin şəxsi həyatı bu ölkədə ən çox qorunan sirlər sırasındadır.

Şimali Koreya liderinin evləndiyi qadın barədə artıq yeni məlumatlar əldə edilib. Cənubi Koreya kəşfiyyatçılarının əldə etdiyi məlumata görə, Li Sol Yu 1989-cu “sıradan bir, sadə ailədə” dünyaya gəlib. Paytaxt Pxenyanda Kımson incəsənət məktəbində oxuyub. O, minimum “sübut statusuna” görə daha sonra Çində oxumağa gedib. Ancaq qeyd edilməlidir ki, Şimali Koreyada heç də hər kəs xaricdə oxumaq imkanı əldə etmir.  

Kifayət qədər sensasiyalı xəbər odur ki, Şimali Koreyanın hazırkı birinci ledisi 2005-ci ildə Cənubi Koreyaya səfər edib. O, Asiya oyunları çərçivəsində Şimali Koreya idmançılarının dəstək qrpunda çıxış edib. Bundan başqa, Li Cənubi Koreyanın şəhəri İnçxonda bələdiyyə kollecinin hər iki Koreyanın tələbələri ilə keçirdiyi görüşdə də iştirak edib. Bundan xəbərsiz cənubi koreyalı reportyorlar o zaman Şimali Koreyanın liderinin gələcək xanımı ilə də təmasda olublar. Həmin görüş barəsində təəssüratlarını bölüşən birinci ledi o vaxt qeyd etmişdi ki, ona “dərindən təsir edən fakt” hər iki Koreyanın tələbələrinin birləşmiş ordu haqqında oxuduqları mahnı olub. 

Li Sol Yu ilə ikinci müsahibə 2005-ci ilin dekabrında cənub KİV nümayəndələrinin Pxenyan Kimson incəsənət məktəbini ziyarəti zamanı baş tutub. Reportyorlar yenidən Li ilə təmasda olublar və o həmin vaxt bildirmişdi ki, məktəbi bitirdikdən sonra dövlət incəsənət kollektivində öz incəsənət karyerasını davam etdirmək istəyir.  

İstisna deyil ki, o cənublularla əvvəllər də 2003/2004-cü illərdə görüşüb. Ən azından Seulun kəşfiyyat agentlikləri qeyd edirlər ki, Li Sol Yu adlı qız 2003-cü ilin martında Cənubi Koreya Qırmızı Xaç Komitəsi tərəfindən Şimali Koreyanın Kımqansan dağında keçirilən ağac əkilməsi mərasimində iştirak edib. Bundan başqa həmin insan bir il sonra pedaqoqların beynəlxalq seminarına qatılıb.  

Li Sol Yunun, eyni zamanda Kim Çen Inın bioqrafiyasında mübahisəli məqamlar çoxdur. Cənubi Koreya kəşfiyyatçılarına görə, onlar hələ 2009-cu ildə evləniblər. Li hətta evləndikdən sonra dövlət orkestrində oxumağa davam edib. “Coson İlbo” qəzetinin verdiyi məlumata görə, Li Sol Yu xüsusilə 2010-cu ildən tez-tez çıxış etməyə başlayıb. Onun çıxışını eyni zamanda bir vaxtlar hökumətin rəhbəri olan qaynatası Kim Çen İr də dinləyib. Kim Çen In isə onun hazırda varisi statusunu əldə edib.  

“Coson İlbo” qeyd edir ki, cənubun kəşfiyyatçılarının verdiyi məlumata görə, cütlüyün artıq uşaqları da var.  





Aytən Əliyeva
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI