Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyada iştirak edənlər saxlanılıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt metrostansiyalarından birinin yaxınlığında daha iki aksiya iştirakçısı saxlanılıb. Onlar şəxsi əşyaları yoxlanıldıqdan sonra avtobuslara mindirilərək polis tərəfindən aparılıb.
Vətəndaşlar yalnız ərazidə yaşadıqlarını və ya işlədiklərini təsdiqləyən sənədi təqdim etdikdən sonra mərkəzə doğru buraxılır.