Modern.az

Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər

Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər

31 Yanvar 2021, 15:05

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə Xan qızı Natəvanın yaşadığı sarayda olub.

 

Modern.az-ın məlumatına görə, fotoqraf Cavanşirlər nəslinin ermənilər tərəfindən talan edilmiş sarayından fotolar paylaşaraq yazıb:

 

“Mən Xurşudbanu Natəvanın yaşadığı, şeirlərini yazdığı, Şuşaya su kəməri çəkməyi planlaşdırdığı Sarayda 1992-ci ildə olmuşdum. Onun şeirləri üçün ilhamlandığı pəncərənin qarşısında dayanmışdım.

 

Cavanşir Xan Sarayı şəhər ermənilər tərəfindən işğal edilənə - 1992-ci ilin mayına qədər ev muzeyi olub. 2020-ci ilin dekabrında mən Şuşaya qayıtdım və dəhşətə gəldim. Muzeyin daxilindəki hər şey talan edilmiş, saray dağıdılmış və həyəti donuz otlağına çevrilmişdi. Nə üçün?”.

 

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza