Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının yaz sessiyası keçiriləcək.
Bu barədə Modern.az-a danışan QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki, hələlik iclasın dəqiq tarixi barədə məlumat daxil olmayıb:
“Adətən QDİƏT PM-ın yaz sessiyası fevralın 1-dən sonra başlayır. Yunanıstandan və QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən bizə məlumat daxil olmalıdır. Çünki qurum yanvarda işləmir. Proqramda komitələrin iclaslarının keçirilməsi var. O iclaslar fevral, mart aprel aylarında keçirilməlidir. Məlumat daxil olan kimi, biz də iclaslara qatılacağıq. Güman ki, iclasların onlayn keçirilməsi gözlənilir”.
Qeyd edək ki, quruma üzv ölkələr – Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya, Ermənistan daxildir.