Bu gün 1918-1920-ci illərdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçısı, siyasi-ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Modern.az-a açıqlamasında babasının doğum gününün özəlliyindən danışarkən təbrik edən hər kəsə təşəkkürünü bildirib:
“Bu gün çox önəmli bir gündür. O taylı bu taylı Azərbaycanın çox şanlı günlərindən biridir. Rəsulzadə Azərbaycan xalqı üçün böyük dəyərdir. Dünəndən mənə zənglər gəlir hər kəs maraqlanır, yada salır çox sağ olsunlar”.
Rəis Rəsulzadə babasının doğum günü ilə bağlı keçirilən tədbirlərdən də söz açıb:
“Hər il olduğu kimi bu il tədbirlər keçirilmədi, sadəcə online formada oldu. Bu gün online formada iki tədbirdə iştirak etmişəm. Bundan sonra da 2 tədbirdə iştirak edəcəm. Rəsulzadə bizim fəxrimizdir və dünyanın bütün ölkələrində sevilir, hörmətlə anılır”.
Mehri QURBAN