Modern.az

Rusiya XİN aksiyalara görə ABŞ-ı ittiham etdi

Rusiya XİN aksiyalara görə ABŞ-ı ittiham etdi

31 Yanvar 2021, 20:02

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamenti və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edir.

 

Modern.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in feysbuk səhifəsində yazılıb.

 

“Suveren dövlətlərin daxili işlərinə müdaxilələrin dayandırılmasını tələb edirik və məsuliyyət barədə xatırladırıq”, - paylaşımda deyilir.

 

“ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi Vaşinqtonun nəzarətində olan internet-platformalar tərəfindən feyklərin “raskrutkası” və icazəsiz aksiyalara çağırışlar kimi sübut edilmiş faktdır. ABŞ-ın Dövlət katibi Entoni Blinken tərəfindən qanunun pozulmasının dəstəklənməsi Vaşinqtonun pərdəarxası rolunun daha bir təsdiqidir. Şübhə yoxdur ki, etirazların təşviqinə yönələn hərəkətlər Rusiyanın qarşısının alınması strategiyasının bir hissəsidir”, - XİN-də qeyd ediblər.

 

“Dövlət Departamenti RAND Corp. analitik mərkəzinin 2019-cu ildə təklif etdiyi proqramı açıq şəkildə istifadə edir. Kədərlidir ki, bu doktrinanın həyata keçirilməsi üçün “yüksək qiymət və risklər” haqqında xəbərdarlığı qaçırıblar”, - paylaşımda deyilir.

 

Nazirlik Amerika tərəfinin nümayəndələrinə müraciət edərək sözügedən aksiyaların “planlaşdırılmamış” deyil, “qeyri-qanuni” olduğunu əlavə edib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza