Modern.az

Lent.az - “Səbuhi Məmmədli redaksiyanın tapşırığı ilə Suriyaya göndərilib”

Lent.az - “Səbuhi Məmmədli redaksiyanın tapşırığı ilə Suriyaya göndərilib”

15 Avqust 2012, 16:51

İranda həbs olunan şairlərimiz Fərid Hüseyn və Şəhriyar Hacızadə  haqqında ətraflı məlumat toplamaq üçün Lent.az-ın əməkdaşı və bir sıra  jurnalistlərimiz İrana getmək istəsələr də, onların bu istəyi reallaşmayıb. Bu barədə Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu Modern.az-a məlumat verib.

“İranın Azərbaycandakı səfirliyindən bizə verilən ən son məlumata görə, viza məsələsinə İran Xarici İşlər Nazirliyində baxılıb. Xarici İşlər Nazirliyindən məlumat gələn kimi səfirlik də bizi məlumatlandıracaq. Amma hələlik heç bir məlumat yoxdur. Şairlərin də məhkəməsi oldu-keçdi. Ona görə hesab etmək olar ki, İran azərbaycanlı jurnalistlərin bu ölkəyə getməyinə viza verməyəcək”, – deyə baş redaktor bildirib.

Q. Abbasoğlu İrana gedəcək əməkdaşın Suriyaya göndərilməsi xəbərinə də aydınlıq gətirib:

“Əməkdaşımız Səbuhi Məmmədlini vəziyyəti yerindəcə işıqlandırmaq üçün Suriyaya ezam etmişik. Amma bəzi KİV-də yayılan məlumatlar elə təəssürat yaradır ki, sanki bu, Səbuhi Məmmədlinin şəxsi səfəridir və müstəqil araşdırmasıdır. Demək istəyirəm ki, Səbuhi Məmmədli redaksiyanın tapşırığı və hesabına ezamiyyətə göndərilib”.

Nihadə Eyyubova
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək