Modern.az

“Suyun, qazın qiymətilə bağlı doğru izahat verilməlidir” - Fazil Mustafa

“Suyun, qazın qiymətilə bağlı doğru izahat verilməlidir” - Fazil Mustafa

Parlament

1 Fevral 2021, 11:15

Milli Məclisin yaz sessiyasının bu gün ilk plenar iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasda çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, kommunal sahədə müəyyən tənzimləmələrə ehtiyac yaranıb:

 

“Məsələn, suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir. O cümlədən şəhid ailələri ilə bağlı problemə aidiyyatı qurumlar doğru izah verməli idi. Bu məsələ dövlət başçısına çatan kimi Prezident məsələni həll etdi".

 

Fazil Mustafa Məmur özbaşınalığini da qeyd edib:

 

"Məmur özbaşınalığı müəyyən qədər görülən işlərə töhmət gətirir. Ona görə məsələlərlə bağlı məmurlar vaxtında izahat verməlidirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi