Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Artsrun Ovannisyan Qarabağ müharibəsindən sonra ilk dəfə danışıb.
Modern.az xəbər verir ki, Ovanissyan müharibə dövründə cəmiyyətə qələbə mesajları verdiyini etiraf etsə də, cəbhədəki real vəziyyətdən xəbərsiz olduğunu deyib. O, Şuşa döyüşlərinə qədər qələbəyə səmimi şəkildə inandığını söyləyib.
“Sona qədər qələbəyə inanırdım. Şuşanın süqutuna qədər buna inanırdım”- deyə Ovannisyan əlavə edib.
O, məlumatları Müdafiə Nazirliyinin Baş Qərargahından aldığını vurğulayıb.