“Bu il dövlət müstəqilliyimizin əldə olunmasının 30 illiyidir. Böyük zəfərimizdən sonra Azərbaycan cəmiyyəti böyük impuls əldə edib”.
Modern.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentin plenar iclasında deyib.
“Bu gün bütün dünya Azərbaycanı izləyir. Azərbaycanın bəzi bölgələrində işsizliyin sayının azaldılması üçün radikal tədbirlər görülməlidir. Təklif edirəm ki, həmin bölgələrdə yaşayanların vergi yükü azaldılsın”, - deputat bildirib.