Modern.az

Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin olundu - FOTO

Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin olundu - FOTO

1 Fevral 2021, 12:39

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb.

 

Modern.az xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

 

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 

Humay Əfəndiyeva Milli Məclis qarşısında and içib. 

 
H.Əfəndiyeva çıxışında Prezidentə onu bu vəzifəyə təyin etdiyinə görə təşəkkürünü bildirib. 
 

Humay Əfəndiyeva qeyd edib ki, Konstitusiya Məhkəməsi və parlament arasında yaranmış ənənəvi işgüzar əlaqələr bundan sonra da davam edəcək.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

 

 

Humay Əfəndiyeva
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu