Modern.az

FHN-in xəstəxanasına uşaq çarpayıları yerləşdirilir? - Rəsmi CAVAB

FHN-in xəstəxanasına uşaq çarpayıları yerləşdirilir? - Rəsmi CAVAB

Aktual

1 Fevral 2021, 13:06

Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

 

Bu barədə Modern.az-a  FHN-dən məlumat verilib.

 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi bu məlumatları qəti şəkildə təkzib edir:

"Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza