Modern.az

Azərbaycanla Türkiyə arasında yeni anlaşma memorandumu TƏSDİQLƏNDİ

Azərbaycanla Türkiyə arasında yeni anlaşma memorandumu TƏSDİQLƏNDİ

Aktual

1 Fevral 2021, 13:15

Azərbaycanla Türkiyə arasında yeni anlaşma memorandumu təsdiq edilib.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin yaz sesiyasının bu gün keçirilən ilk iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

 

Deputatlar çıxış edərək memorandumun əhəmiyyətindən danışıb və sənədin təsdiq edilməsinin iki qardaş ölkə arasında media sahəsində əlaqələrin genişlənməsinə böyük töhfə verəcəyini qeyd ediblər.

 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza