Ermənistan parlamentinin deputatı, müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryanın çıxışı mübahisə yaradıb.
Modern.az xəbər verir ki, deputat həmkarları ilə birlikdə, Türkiyə istehsalı olan “Bayraktar” dronlarına qarşı mübarizə barədə gecə-gündüz fikirləşdiklərini söyləyib.
“Müharibə vaxtı bütün xalq “Bayraktar” barədə düşünürdü. Hamı səmanın qorunmadığını deyirdi. Biz – parlament deputatları gecə-gündüz Facebook-dan çıxamadan düşünür, buna qarşı tədbir görməyimiz barədə düşünürdük. Amma gərək bu barədə vaxtında düşünmək lazım idi”- deyə deputat deyib.