Modern.az

Müsəlman dövlətləri Suriya ilə bağlı qərar verdilər

Müsəlman dövlətləri Suriya ilə bağlı qərar verdilər

16 Avqust 2012, 11:41

Modern.az xəbər verir ki, islam ölkələri rəhbərləri  Suriyanı İslam Əməkdaşlıq Təşkilatına üzvlükdən çıxarmaq barədə qərar qəbul ediblər. Bu qərar Məkkədə keçirilən sammitdə qəbul olunub. Qərarın əlyehinə yalnız İran dövlətinin çıxdığı bildirilir.

Verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına daxil olan 56 ölkə nümayəndəsi  ikigünlük sammitdə iştirak edib. Bundan əlavə, təşkilata üzv olan ölkələr Suriya dövlətinin ərazi bütövlüyünün qoruyub saxlamağın vacibliyini müzakirə ediblər. Eyni zamanda Suriyadakı rejimi minlərlə dinc insanın ölümündə təqsirkar sayıblar.

Sammitdə İran prezidenti Mahmud Əhmədinejad, Misir prezidenti Məhəmməd Mürsi, Türkiyə prezidenti Abdulla Gül, Pakistan prezidenti Asif Əli Zərdari də iştirak edib. Dəməşqin rəsmi nümayəndəsinin və Suriya müxalifətçilərin sammitə dəvət olunmadığı bildirilir. İraq, İndoneziya, BƏƏ kimi avtoritetə sahib ölkələr sammitdə iştirak etməyib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ilin sentyabrında yaradılıb. Rusiya da bu təşkilatda müşahidəçi mövqeyindədir.

Aygün ASİFQIZI  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi