Modern.az

Ərdoğan yeni konstitusiyanın anonsunu verdi

Ərdoğan yeni konstitusiyanın anonsunu verdi

Aktual

1 Fevral 2021, 22:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni konstitusiya hazırlana bilər.

 

Modern.az xəbər verir ki, Ərdoğan bunu Türkiyə hökumətinin bu gün keçirilən iclasından sonra açıqlayıb.

 

"Ola bilsin, Türkiyənin yeni konstitusiyasını müzakirə etmək vaxtı çatıb. Biz buna qarşıdakı dövrdə başlaya bilərik", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, proses şəffaf şəkildə həyata keçirilməlidir. "Son mətn xalqın qərarına əsasən təqdim edilməlidir" - dövlət başçısı deyib.

 

Türkiyənin hazırkı konstitusiyası artıq bir neçə dəfə dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu