Modern.az

“Messi xərcindən çox gəlir gətirir” - “Barselona” prezidentliyinə namizəd

“Messi xərcindən çox gəlir gətirir” - “Barselona” prezidentliyinə namizəd

2 Fevral 2021, 00:31

"Lionel Messiyə dünən dəstək mesajı göndərdim. Maksimum çalışacam ki, yaxşı idman layihəsi qurum və Leo da "Barsa"da qalsın. Əgər qalib gəlsəm, sizə söz verirəm ki, Leo Messinin müqaviləsinin mətbuata kimin sızdırmasını tapacam. Klub bunu daxildən artıq bilməlidir. Bütün bunlar Madrid yönümlü qəzetlərin üz qabıqlarına gedir".

 

Modern.az xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun prezidentliyinə namizəd Joan Laporta bildirib.

 

Onun sözlərinə görə, klub elə bil tərk edilmiş vəziyyətdədir:

 

"Ciddi deyirəm, məndə bu hissdir hazırda. Messinin müqaviləsi maksimum 5 nəfərə məlum ola bilərdi. Baş verənlər cinayyətdir!

Maliyyə məsləhtçim Jaume Giro ilə danışdım. O sübut etdi ki, Messi xərcindən çox gəlir gətirir. Leo "Barsa"nın 1/3 gəlirini təmin edir. 10 formadan 8-i onun adı və nömrəsi ilə satılır. İnsanlar Messini görmək üçün pul ödəyir. Maddi anlamdan başqa burada idman məsələsi də var. Bu, bir klubda 650 qol deməkdir, 250-dən çox assist, dörd Çempionlar Liqası, "Bernabeu"dakı 2:6 oyunu kimi unudulmaz anlar. Amma qəribədir ki, insanlar bundan danışmır. Tarixin ən yaxşı oyunçusunun qiyməti var və bu normal haldır".

 

Joan Laporta Messinin komandada qalmaq istədiyini də qeyd edib:

 

"Elə bir hissim var ki, Messi qalmaq istəyir. Dünən ona mesaj göndərdim və dəstəyimi bildirdim, ona xəbərlərə qulaq asmamağa çağırdım. Hər kəs onun qalmağını istəyir"

 

"Barselona"nın keçmiş prezidenti Josep Maria Bartomeu isə Messi ilə imzaladığı müqavilənin onun tərəfindən mətbuata sızdırılmasını təkzib edib:

 

"Mənim Messinin müqaviləsini mətbuata sızdırmam başdan ayağa yalandır. Leo həm maddi, həm də idman baxımdan bütün xərclərə layiq birisidir. Pandemiyasız "Barsa" onun bütün xərclərini çox rahatçılıqla ödəyə bilər".

 

Qeyd edək ki, İspaniyanın "El Mundo" nəşri "Barselona"nın Lionel Messi ilə 2017-ci ildə imzaladığı müqavilənin detallarını yayıb. 

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza