Modern.az

Orta məktəbdə kütləvi zəhərlənmə

Orta məktəbdə kütləvi zəhərlənmə

2 Fevral 2021, 00:45

Ukraynada Kirovoqradda yerləşən orta məktəblərin birində qidadan kütləvi zəhərlənmə olub.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kirovoqrad vilayət şöbəsinin yaydığı məlumata görə, Kropivnitsk məktəbində 1-4-ci sinif şagirdləri arasında kütləvi zəhərlənməyə səbəb məktəbin bufetində istifadə olunan qida məhsulu əsas göstərilib.

 

15-ə yaxın şagird mədə ağrısı, ürək bulanma, temperatur problemi ilə xəstəxanaya müraciət edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

 

Orta məktəbin 1-4-cü siniflərində əyani təhsil dayandırılıb, distant formaya keçirilib, bufetdə istifadə olunan qidalar laboratoriyaya göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza