Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza­nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina­la­dığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

 

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxın­lı­ğın­da 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilmişdir.