Modern.az

Parlamentin işçilərinə dərəcələr bu qaydada veriləcək 

Parlamentin işçilərinə dərəcələr bu qaydada veriləcək 

2 Fevral 2021, 11:36

Milli Məclisdə dövlət qulluqçularının ixtisaslarına uyğun dərəcələrin verilməsi bəlli olub.

 

Modern.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamədə əksini tapıb.

 

Əsasnamədə göstərilir ki, Aparatda inzibati vəzifələr üzrə dövlət qulluğu keçən dövlət qulluqçularının vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq,  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Milli Məclisin Sədri tərəfindən həyata keçirilir.

 

Milli Məclisin Aparat rəhbəri isə qanuna uyğun olaraq, yardımçı vəzifə tutan dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi