Modern.az

Ermənistan bugünkü təxribatın əvəzini ödəyəcək - XƏBƏRDARLIQ

Ermənistan bugünkü təxribatın əvəzini ödəyəcək - XƏBƏRDARLIQ

Aktual

2 Fevral 2021, 13:16

Ermənistan Azərbaycanla dövlət sərhədi istiqamətində yenə təxribata əl atıb.
2 fevral tarixində Er­mə­nistan Silahlı Qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə Azərbaycanın dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Hərbi ekspert Ədalət Verdiyev
Modern.az-a deyib ki, Ermənistan başına dəyən “dəmir yumruq”dan hələ də doğru nəticə çıxarmayıb:


“Görünür, 44 günlük müharibədə Ermənistan başına dəyən “dəmir yumruq”dan hələ də düzgün nəticəni çıxarmayıb.
Düşünürəm ki, Dövlət Sərhəd Xidməti əsgərlərimizə atəş açaraq onun həyatını təhlükə altına alan düşmənin layiq olduğu cavabı artıqlaması ilə verəcək. Ermənistan törətdiyi təxribatların nəticələrinə qatlanmağa məhkumdur. Bu zərbələrin nəticələrini gözləmək lazımdır”.


Ədalət Verdiyev bildirib ki, Prezident İlham Əliyev bundan öncəki çıxışlarında düşmənə xəbərdarlıq emişdi:


“Müharibə olarsa, Ermənistan üçün hansı nəticələrlə sonlanacağını təsəvvür etməyən qüvvələr hələ də ordu və siyasi rəhbərlikdə yer almaqdadır.

Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşı tərəfə ciddi xəbərdarlıq etmişdi. Edilən təxribatlara görə həm Ermənistan rəhbərliyindən, həm də Rusiya sülhməramlılarından açıqlama tələb olunmalıdır”.


Hərbi ekspertin sözlərinə görə, düşmən etdiyi təxribatların əvəzini ağır formada ödəyəcək.


Fidan İlqarqızı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza