Modern.az

Ötən il 21 min azərbaycanlı bu ölkənin vətəndaşlığını QƏBUL EDİB

Ötən il 21 min azərbaycanlı bu ölkənin vətəndaşlığını QƏBUL EDİB

2 Fevral 2021, 13:28

2020-ci ildə 656 300 əcnəbiyə Rusiya pasportu verilib.

 

Modern.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, 2000-ci ildən bəri ən yüksək göstəricidir. Ötən il Rusiya vətəndaşlığı alanlardan 409,5 min nəfəri Ukrayna, 63,4 min nəfəri Tacikistan, 43,4 min nəfəri Qazaxıstan, 30,5 min nəfəri Ermənistan, 23,1 min nəfəri Özbəkistan və 21,6 min nəfəri Azərbaycan vətəndaşı olub.

Beləliklə, Azərbaycan vətəndaşları bu göstəriciyə görə 6-cı yerdədir.

 

2015-2020-ci illər ərzində Rusiya vətəndaşlığı alan əcnəbilər arasında 71,3 min Azərbaycan vətəndaşının da adı var.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza