Modern.az

Naftalanda Gənclər Günü münasibəti ilə videokonfrans keçirilib

Naftalanda Gənclər Günü münasibəti ilə videokonfrans keçirilib

Aktual

2 Fevral 2021, 14:00

 

Naftalan Şəhər İcra Hakimiyyəti, YAP Naftalan şəhər Təşkilatı və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "2 fevral-Gənclər Günü" münasibəti ilə videokonfrans formatında tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə ilk öncə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışılıb.

 

Bildirilib ki, ümummilli liderin əsasını qoduğu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də bu məqsədə xidmət edir.

 

Sonda 2020-ci ildə gənclərlə iş sahəsində şəhərdə həyata keçirilən layihələrdən, gənclərin daim diqqət mərkəzində olduğundan və əldə etdikləri uğurlardan danışılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza