Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

16 Avqust 2012, 13:18

Su həyat üçün çox vacibdir və onun təchizatı davamlı olmalıdır. Asıya İnkişaf Bankı (AİB) Azərbaycanda su təminatı sahəsində xeyli işlər görüb. Bank Azərbaycanda su təchizatını yaxşılaşdırmaq üçün 30 milyon dollarlıq kredit və 600 milyon dollarlıq maliyyələşdirmə mexanizmi şəklində yardım göstərib.

Azərbaycanda altı şəhər Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi, Balakən və Naxçıvan AİB-in yardımından faydalanacaqlar. Göyçay və Naxçıvanda isə iş artıq 7 ildir ki, davam edir. AİB-nin Azərbaycan ofisi bu gün jurnalistlər arasında "Su təhlükəsizliyinin artırılması" mövzusunda müsabiqə elan edib.
Bankın Azərbaycan ofisindən Modern.az-a bildirlib ki, məqalə su təchizatı və kanalizasiya sahəsində AİB-in  gördüyü işin Bizim Arzuladığmız Gələcək prinsipinə necə uyğun olduğunu, AİB-nın Azərbaycanda təhlükəsiz su sahəsində gördüyü işləri və bu işlərin icmalara təsirini əks etdirməlidir.

Məqalələr arasında birinci, ikinci və üçüncü yerlərə layiq üç məqalə seçiləcək.  1-ci yer 300 AZN, 2-ci yer 200 AZN və 3-cü yer 100 AZN ilə mükafatlandırılacaq. Məqalələr yazı stili, Azərbaycanda su və kanalizasiya sistemində statistik məlumat , mütəxəssis rəyi və AİB layihələrinin insanların həyatna təsirini əks etdirməsinə görə qiymətləndiriləcək. Yazılar həm də yığcam, asan oxunan olmalıdır. Həmçinin, rəqəmsal məlumatların daha çox yer alması və şəkillərin əlavə olunması da vacibdir. Məqalələr azərbaycan, rus və ingilis dilində nəşr edilə bilər. Onların təqdim edilməsi üçün son tarix 10 oktyabrdır. Yazı üç səhifədən (1300-1600 söz) artıq olmamalıdır.

Bir jurnalist yalnız bir məqalə təqdim edə bilər və yazı yerli qəzet, jurnallar, və ya  internet portalda dərc olunmalıdır. Iştirakçıları məqalələri elektron və daşınan poçta ilə göndərə bilərələr. Çap formatda məqaləni bu ünvana göndərə bilərsiniz. Xaqani küçəsi 45, Landmark II, 3-cü mərtəbə, Asiya İnkişaf Bankı. Online göndərmə üçün isə [email protected] (CC [email protected]) istifadə edə bilərsiniz. Müəllif adını və işlədiyi KİV-i təqdim etməlidir.

  Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu