Modern.az

Paşinyan Baş Qərargah rəisi ilə MÜBAHİSƏ ETDİ

Paşinyan Baş Qərargah rəisi ilə MÜBAHİSƏ ETDİ

2 Fevral 2021, 16:48

Ermənistan baş naziri ilə ordu rəhbərliyi arasında münasibətlər gərginləşməkdə davam edir. 

Modern.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, yanvarın 28-də ordu günü münasibətilə keçirilən tədbir zamanı Paşinyan bir qrup zabitlə mübahisə edib.

 

Belə ki, əsas tədbirlərdən sonra bir qrup zabit Baş Qərargah rəisi Onik Qasparyanın rəhbərliyi altında otaqlardan birinə çəkilib. Onları görən Paşinyan Qarabağ məğlubiyyətinə görə, zabitləri ittiham etməkdən özünü saxlaya bilməyib.


“Paşinyan onları biyabırçı məğlubiyyətə uğramaqda ittiham edib. Bundan qəzəblənən Baş Qərargah rəisi Onik Qasparyan otaqdan çıxaraq qapını çırpıb”- deyə qəzet yazır.

 

Sonradan müdafiə naziri Vaqarşak Arutunyan gələrək, Baş Qərargah rəisini dilə tutub. Vəziyyət yoluna qoyulsa da, Paşinyanın narazı qaldığı bildirilir.

“Paşinyan yüksək rütbəli zabitləri bağışlamayıb. İlk olaraq, Paşinyan ordunu silahla təmin edən David Qalstyan adlı iş adamını həbs etməyə göstəriş verib. Eyni zamanda, yaxın vaxtlarda bir qrup zabitin həbsi gözlənilir”- deyə “Qraparak” qəzeti yazır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza