Ermənistanın ən güclü şahmatçısı, dünyanın ən güclü 10 şahmatçısından biri sayılan Levon Aronyan ABŞ-a köçür.
Modern.az xəbər verir ki, şahmatçı baş nazir Nikol Paşinyanın ona söz verdiyi kimi dövlət hesabına superkompüter almaması və şəxsi məşqçisinin maaşını ödəməməsinə görə bu addımı atıb.
Bundan başqa, Qarabağdakı sarsıdıcı məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi situasiya da Aronyanın bu addımı atmasına səbəb olub.