Modern.az

Füzulidə mülki şəxslər minaya düşdülər - Ölən və yaralananlar var

Füzulidə mülki şəxslər minaya düşdülər - Ölən və yaralananlar var

2 Fevral 2021, 17:43

Füzuli rayonunda mülki şəxslər minaya düşüb.

 

Bu barədə Modern.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlindən (ANAMA) məlumat verilib.

 

Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb, 1-i yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər