Modern.az

"Sinovac" vaksinin üstünlüyü açıqlandı

Aktual

2 Fevral 2021, 23:05

Hazırda vaksinasiya üçün istifadə edilən "Sinovac" vaksinin ən böyük üstünlüyü ondadır ki, o, öldürülmüş virus əsasında hazırlanıb. Orqanizmə daxil olduqda orada onun çoxalması mümkün deyil.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

 

Onun sözlərinə görə, əsas məsələ vaksinin harada istehsal edilməsi deyil, onun təhlükəsizliyidir.

A.Allahverdiyev hazırda COVİD-19-a yoluxma hallarının sayının azalmasını görülən tədbirlərin nəticəsi kimi dəyərləndirib:

 

"COVİD-19-a yüksək yoluxma sayından sonra hazırda sutka ərzində qeydə alınan 200-ə yaxın hal "yox" kimi qeydə alına bilər. Düzdür, yenə də epidemioloji baxımdan problemlər var, amma yoluxma sayının 200-ə enməsi ciddi bir irəliləyişdir".

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza