Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Hadisə zamanı sürücü, 1988-ci il təvəllüdlü Musayev Eldar Məcid oğlu bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.