Modern.az

İbrahim Kalın Baydenin müşaviri ilə Qarabağı müzakirə etdi

İbrahim Kalın Baydenin müşaviri ilə Qarabağı müzakirə etdi

Aktual

3 Fevral 2021, 08:53

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Türkiyə və ABŞ münasibətlərini, Suriya, Liviya, Şərqi Aralı dənizi, Kipr, Əfqanıstan və Dağlıq Qaradakı vəziyyəti müzakirə ediblər.

 

Həmçinin tərəflər COVİD-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə fikir mübadiləsi aparıblar. Söhbət əsnasında qarşıdakı dövr üçün iki ölkə arasında möhkəm, uzunmüddətli və konstruktiv münasibətlər modelini inkişaf etdirmək istəyi ifadə edilib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza