Modern.az

Ukraynada üç telekanalın yayımı dayandırıldı

Ukraynada üç telekanalın yayımı dayandırıldı

Aktual

3 Fevral 2021, 13:26

Ukraynada üç telekanalın – “NewsOne”, “ZIK” və “112 Ukrayna”nın yayımı dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, müvafiq fərmanı ölkə prezidenti Vladimir Zelenski imzalayıb.

 

Bundan başqa medianın rəhbəri olan deputat Taras Kozaka qarşı da sanksiya irəli sürülüb.

 

Millət vəkilinə və kanallara qarşı tətbiq olunan sanksiyaların səbəbi, ukraynalı siyasətçi Viktor Medvedçukun keçən ilin oktyabr ayında Rusiya prezidenti ilə görüşünün yayımlanması olub. Həmin vaxt “Sputnik V” peyvəndinin Ukraynaya mümkün çatdırılması müzakirə olunub.

 

Ukrayna Milli Televiziya və Radio Yayımları Şurası Moskvadan canlı yayımı Ukrayna qanunlarının pozulması kimi qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza