Ermənistan müxalifəti yeni mitinqin vaxtını açıqlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, növbəti aksiya fevralın 20-nə təyin olunub.
Daşnaksütyun partiyasının liderlərindən olan İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın vaxtından əvvəl istefa verməsi üçün etirazlarını aktivləşdirəcəyini söyləyib.