Modern.az

Bakıda sudan qanunsuz istifadə halları aşkarlanıb

Bakıda sudan qanunsuz istifadə halları aşkarlanıb

16 Avqust 2012, 16:36

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət  tədbirlərini davam etdirir. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

ASC-nin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində  yerləşən “Alov” Assosiasiyasına məxsus alkoqollu içkilər istehsal edən müəssisinin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt qeyri-qanuni çəkilmiş 65 mm diametrli su xəttindən qidalanır.  Müəssisəyə içməli su xammal tarifləri ilə (1 kubmetri 12 manat) satılsa da su təchizatı sayğacdankənar aparılmış və sərfiyyat qeydə alınıb. Bununla yanaşı Sahil qəsəbəsində fəaliyyət göstərən  daha 2 obyektdə - fiziki şəxslər Nadir Qubadova məxsus şadlıq evində və Zöhrab Kərimova aid kafedə içməli sudan qeyri-qanuni istifadə halları  aşkarlanıb. Hər 3 obyektdə qeyri-qanuni çəkilmiş su xətləri ləğv edilib və  faktlar aktlaşdırılıb.

Qeyd edək ki, sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirildikdən sonra “Alov” Assosiasiyasına və fiziki şəxslərə qarşı cərimə tətbiq  olunacaq.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi