Modern.az

Sumqayıtda Ağır Cinayətlər Məhkəməsi təşkil olunacaq - SƏRƏNCAM

Sumqayıtda Ağır Cinayətlər Məhkəməsi təşkil olunacaq - SƏRƏNCAM

Aktual

3 Fevral 2021, 18:42

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

 

Nazirlər Kabinetinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək, maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həlli tapşırılıb.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?