Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin 2 fəal üzvü – Kamal Əhmədov və Cavanşir Əhmədli hal-hazırda ABŞ-da səfərdədir. GTM-dan Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Mərkəz nümayəndələrinin paytaxt Vaşinqtonda və bir neçə ştatda əhəmiyyətli görüşlərdə iştirak edəcəkləri planlaşdırılıb.
Gənclərimizin qatıldığı proqramın əsas məqsədi Azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı ilə, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə yaxından tanış etməkdir.
Qeyd edək ki, səfər ABŞ-da “Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012” (SUSI 2012) proqramı çərçivəsində baş tutub və 6 həftə davam edəcək.
Modern.az