Modern.az

Barak Obama İlham Əliyevi təbrik edib

Barak Obama İlham Əliyevi təbrik edib

Təhsil

16 Avqust 2012, 18:34

ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi Ramazan bayramı münasibəti ilə təbrik edib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

- “Hörmətli cənab Prezident,

 Ramazan ailələrin və icmaların xoş niyyət, savab iş, nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır.

 Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir.

 Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və rifah gətirsin. Ramazan bayramınız mübarək!”

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi