Modern.az

 “İtirilmiş torpaqlarımız” silsiləsindən... - Zabux torpaqlarına göz dikən haylar X YAZI

 “İtirilmiş torpaqlarımız” silsiləsindən... - Zabux torpaqlarına göz dikən haylar – X YAZI

Aktual

4 Fevral 2021, 09:36

1920-ci ildən sonra Qərbi Azərbaycanın Zəngəzur qəzası torpaqlarının “Ermənistan SSR” adı altında hay-daşnak quldurlarına verilməsi ilə Laçın və Gorus nahiyələrinin bir sıra kəndləri həmsərhəd olmuş, əkin-örüş sahələri bir-birinə bitişik halda istifadə olunmuşdur. Bu təmasdan istifadə edən Gorusun Dığ kəndinin hay əhalisi dövrü olaraq Zabux kəndinin torpaqlarına göz dikiblər (1920-ci ilədək qədim türk-Baharlı tayfalarının adını yaşadan Baharlı kəndi olub, ümumiyyətlə, Zəngəzur bölgəsi, Qafan nahiyəsində, Qazangöl çayının sol sahilində Baharlı kəndi, Zəngilan və Xocalı rayonlarında eyni adlı, Ağdam rayonunda isə Gül Baharlı kəndi mövcuddur).


Laçın rayonu, Zabux, Sus və Qızılca  kəndlərini əhatə edən “Komsomol” kolxozunun kənd təsərrüfatı təyinatlı torpaqlarının ümumi sahəsi 700 hektara qədər, əkin yerləri isə 250-300 hektara çatmış, taxıl, yonca, tütün, qarğıdalı...bitkiləri əkilmişdir.

  
 Kənddən  7-8 km aralıda, eləcə də Dığ kəndindən də eyni məsafədə olan “Dəfin  yanı”, “Yalın düzü”, “Quru dərə”, “Yal sümüklüsü”, “Ağca yazı” deyilən sahələrdəki əkin torpaqlarını, “Daşlı güney”,”Qaratikanlıq” adlı örüş-otlar yerlərini haylar əriştə kimi kəsə-kəsə öz  haram torpaqlarına qatıblar.

  
Bu hallar keçən əsrin 1970-1980-ci illərində daha da tez-tez baş verirdi. Belə ki, “Quru dərə”də 9-11 hektar, “Yal sümüklüsü”ndən (ümumi sahəsi 60 hektar idi) 3-5 hektar, “Ağca yazı”ndan (40 hektar) 2 hektar əkin torpaqlarını  haylarıələ keçirmiş, o yerləri zorla əkib-biçirdilər.

    
Hay sürüsünün qızıl-qırmızı həyasızlığı və haqsızlığı ilə bağlı Mərkəzi və respublika rəhbərliyinə rəsmi müraciətlər əsasında məsələni yerində araşdırmaq üçün Moskva və Bakı şəhərlərindən gələn komissiya üzvləri (bu cür heyət 1970 və 1980-ci illərdə iki dəfə gəlib) də ya hay-daşnak mənşəli olurdu və yaxud, onların tərəfini tuturdu, məsələni həll etmək əvəzinə ört-basdır edirdilər.

   
1965-1972-ci illərdə Zabux kəndinin (inzibati-ərazi baxımından həm də Qızılca və Sus kəndləri daxildir)  “Komsomol” kolxozunun sədri Kübra İsmayıl qızı Cəfərova (1940-2017, əslən 4-5 km aralıda olan Sus kəndindən idi) gecə ikən keçib haylar zəbt etdikləri və əkdikləri yeri təzədən şum etdirib taxıl əkdirəndən  sonra haylar və ara nisbətən sakitləşdi.


“İlan ulduz görməsə ölmür”

(Yazının hazırlanmasında Laşın rayonu, Zabux kənd sakini Telman Abduləli oğlu Əşrəfovun (1949) məlumatlarından istifadə edilib.)


Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi (050 3726008) 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza