2 mindən çox abituriyent ali məktəbə daxil olmaq şansını itirib
2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi ötən gecə saat 23:59-da başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinn rəhbəri Elnur Nağızadənin Modern.az-a verdiyi məlumata görə, ali məktəblərə qəbul olan abituriyentlərin nəticələri bu gün açıqlanacaq.
“Nəticələrin bu gün açıqlanması nəzədə tutulub. Əgər emal prosesi bu gün başa çatmazsa, çox güman ki, sabah açıqlanacaq”, - deyə E.Nağızadə bildirib.
TQDK rəsmisi həmçinin qeyd edib ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərdən 35 min 893 nəfəri ixtisas seçimi edib. 2 mindən çox abituriyent isə ali məktəbə daxil olmaq şansını itirib. Onlar ixtisas seçimi etməyiblər.
Ümumilikdə ixtisas seçimi etmək hüququ qazanmış abituriyentlərin sayı 38 minə yaxın olub.
Anar RÜSTƏMOV