Modern.az

İcra başçısı vətəndaşları onlayn qaydada qəbul edib - FOTO

İcra başçısı vətəndaşları onlayn qaydada qəbul edib - FOTO

Aktual

4 Fevral 2021, 14:26

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun onlayn qaydada vətəndaşlarla növbəti qəbulu keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda ümumilikdə 20-dən çox vətəndaşın müxtəlif məzmunlu müraciətini dinləyən Şəhər İcra Hakimiyyətinin başçısı həlli vacib və mümkün olan problemlərin həll edilməsi üçün tapşırıq verib. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülüb.

 

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza