Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224431 nəfər müalicə olunaraq sağalıb, 3148 nəfər vəfat edib, aktiv xəstə sayı 3190 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6640, ötən müddət ərzində isə ümumilikdə 2433685 test aparılıb.