Modern.az

İmtahan nəticələri haqda arayış almaq istəyənlərin nəzərinə

İmtahan nəticələri haqda arayış almaq istəyənlərin nəzərinə

5 Fevral 2021, 09:55

Dövlət İmtahan Mərkəzi ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib.

DİM-dən Modern.az-a verilən xəbərə görə, Mərkəz tərəfindən 2013-cü ildən etibarən keçirilmiş buraxılış imtahanlarında iştirak edərək attestat əldə etmiş məzunlar buraxılış imtahanı nəticələri barədə arayışı Mərkəzə yaxınlaşmadan onlayn şəkildə aşağıdakı keçiddən istifadə etməklə əldə edə bilərlər: //eservices.dim.gov.az/sagird/indexsh.aspx 

Arayışın kodunu aşağıdakı keçiddə müvafiq sahəyə daxil etməklə onun həqiqiliyini yoxlamaq olar.   //eservices.dim.gov.az/sagird/indexkod.aspx

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı