Modern.az

Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yaydı - VİDEO

Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yaydı - VİDEO

Aktual

5 Fevral 2021, 17:16

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.

 

Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

 

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza