Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224760 nəfər müalicə olunaraq sağalıb, 3153 nəfər vəfat edib, aktiv xəstə sayı 2994 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6133, ötən müddət ərzində isə ümumilikdə 2439718 test aparılıb.