Dünyada koronavirusa (COVİD-19) qarşı peyvənd olunanların sayı bu virusa yoluxanların sayını ötüb.
Modern.az "TASS"a istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinq zamanı deyib.
"Qısa müddət ərzində bu xoş xəbər və diqqətəlayiq nailiyyətdir. Lakin peyvəndlərin dörddə üçündən çoxu yalnız 10 ölkədə istifadə edilib", - baş direktor bildirib.
Bununla əlaqədar Tedros Adhanom Qebreyesus artıq tibb işçilərini və yaşlı insanları peyvənd edən ölkələri digər dövlətlərlə "paylaşmağa" çağırıb.
Onun sözlərinə görə, belə bir addım "əhalini qorumağın ən yaxşı yolu" olar.